Milli Şura ilə bağlı qərarı Müsavat Partiyasının Məclisi verəcək

Dekabr ayında Müsavat Partiyası Məclisinin toplantısının keçirilməsi gözlənilir.Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı söyləyib. Nizamnaməyə uyğun olaraq 3 aydan bir partiyanın Məclis toplantısının keçirilməli olduğunu deyən G.Aslanlı bildirib ki, Məclisin toplantısında ölkədəki ictimai-siyasi vəziyyət və digər məsələlərlə bərabər, Müsavat Partiyasının Milli Şurada fəaliyyəti ilə bağlı məsələnin də müzakirəsi və müvafiq qərarların verilməsi nəzərdə tutulur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























