• $
  • €
  • ₽
  • ₺
  • £

5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN

5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
07.03.2026 17:03

Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq Yaxın Şərqdə Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Körfəz ölkələrindəki Azərbaycanın diplomatik missiyalarına verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşların siyahıya alınması həyata keçirilib. İlkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib. Birləşmiş Ərəb Əmirliklərindən 490 nəfər, Səudiyyə Ərəbistanından 220 nəfər, Qətərdən 200 nəfər, Bəhreyndən 23 nəfər, Küveytdən 26 nəfərdir.

"Azərbaycan vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində Azərbaycanın Baş konsulluğunun "FlyDubai" aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanıb. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb.

Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə martın 4-də Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) Azərbaycana təxliyə olunub. Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlar Azərbaycanın diplomatik missiyalarının təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəyə geri qayıdıb.

İranda olan vətəndaşların maneəsiz şəkildə Azərbaycana quru yolu ilə keçə bilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib.İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib", - deyə XİN qeyd edib.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol