• $
  • €
  • ₽
  • ₺
  • £

Belçikanın sabiq baş naziri: Azərbaycan regionda sabitliyin mühüm dayağına çevrilir

Belçikanın sabiq baş naziri: Azərbaycan regionda sabitliyin mühüm dayağına çevrilir
11.03.2026 15:56

 

Azərbaycan regionda sabitliyin təmin edilməsində getdikcə daha mühüm rol oynayır və bu, dünyada münaqişələrin artdığı bir dövrdə xüsusilə əhəmiyyətlidir. Bunu Belçikanın sabiq baş naziri Yves Leterme bu fikirləri Bakı Qlobal Forumu çərçivəsində çıxışı zamanı səsləndirib.

Leterme qeyd edib ki, Azərbaycanın regionda artan rolu beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan regionda sabitliyin mühüm dayağı kimi getdikcə daha böyük rol oynayır. Bu isə dünyada təhlükəli münaqişələrin addım-addım yayıldığı bir dövrdə xüsusilə vacibdir",- o deyib.

Sabiq baş nazir həm ölkə rəhbərliyini, həm də Azərbaycan xalqını forumun keçirilməsi münasibətilə təbrik edib və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

O vurğulayıb ki, Bakı Qlobal Forumu illər keçdikcə beynəlxalq dialoq üçün daha vacib platformaya çevrilib.
“Bu forumun rolunun və əhəmiyyətinin illər keçdikcə artdığının şahidi olmuşam. Bu gün xüsusilə qeyd etməliyik ki, forumun təşkil olunduğu beynəlxalq şərait heç də asan deyil”, –  Leterme bildirib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol