• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı

İsrail-Fələstin mövzusu siyasətçilər arasında mübahisə yaratdı
12.03.2026 13:48

XIII Qlobal Bakı Forumunda çıxış edən Ərəb Liqasının sabiq baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa beynəlxalq münasibətlərdə ikili standartların artmasının qlobal nizam üçün ciddi təhlükə yaratdığını bildirib.

Onun sözlərinə görə, oktyabrın 7-də baş verən hadisələr qətliam kimi qiymətləndirilsə də, İsrail ordusunun əməliyyatları nəticəsində on minlərlə fələstinli mülki şəxsin öldürülməsi eyni dərəcədə vurğulanmır.

“Hamımız istəyərdik ki, heç bir mülki şəxs öldürülməsin və ya həyatını itirməsin. Lakin problemin digər tərəfi də var. İsrail ordusunun əməliyyatları nəticəsində on minlərlə fələstinli mülki şəxs həyatını itirib və bölgədə hərbi işğal davam edir”, —  Musa qeyd edib.

O bildirib ki, beynəlxalq hüququn effektiv tətbiq olunmaması səbəbindən işğal altındakı Fələstin dövlətinin vəziyyəti barədə kifayət qədər danışılmır.

Əmr Musanın sözlərinə görə, beynəlxalq nizam barədə yeni yanaşma müzakirə ediləcəksə, ilk növbədə ikili standartlar problemi aradan qaldırılmalıdır.

“Fələstin dövlətinin yaradılması zəruridir. Fələstinlilərin öz dövlətinə sahib olmaq hüququ var və bu fikir yalnız Şərqdə deyil, dünyanın bir çox ölkəsində də dəstəklənir”, — o əlavə edib.

Forum çərçivəsində çıxış edən Avstriyanın sabiq kansleri Sebastyan Kurts isə bildirib ki, hər bir münaqişədə ən azı iki tərəf olur və onların hər biri özünü haqlı hesab edir.

Onun fikrincə, əsas məsələ tərəflərdən hansının haqlı və ya haqsız olduğunu müəyyən etmək deyil, XXI əsrdə münaqişələrin xarakterinin dəyişdiyini anlamaqdır.

Kurts qeyd edib ki, müasir dövrdə hibrid müharibə və terrorizm ənənəvi müharibələrlə müqayisədə daha böyük rol oynamağa başlayır.

O əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı bu yeni təhlükələrə hələ tam cavab verə bilmir və bu səbəbdən təşkilatın effektivliyi ilə bağlı suallar yaranır.
Avstriyanın keçmiş kansleri Alfred Qusenbauer isə bildirib ki, Avropa yanaşması beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanır.

Onun sözlərinə görə, dayanıqlı sülh yalnız hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmamalıdır.
“Davamlı nizamlanma beynəlxalq hüquqa və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edən həll yolu tələb edir”, —  Qusenbauer bildirib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol