• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc: Yeni qərarlar dövlət idarəçiliyində vahid və şəffaf sistem formalaşdıracaq

Zahid Oruc: Yeni qərarlar dövlət idarəçiliyində vahid və şəffaf sistem formalaşdıracaq
20.03.2026 14:09

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Prezident İlham Əliyevin martın 19-da qəbul etdiyi qərarların dövlət idarəçiliyində yeni mərhələnin əsasını qoyduğunu açıqlayıb.

O, qeyd edib ki, bu dəyişikliklər yalnız əməkhaqqı artımı ilə məhdudlaşmır, dövlət qulluğunda vahid, şəffaf və ədalətli ödəniş mexanizminin formalaşdırılmasına xidmət edir.

Deputatın sözlərinə görə, uzun illər ərzində müxtəlif dövlət qurumlarında eyni funksiyanı yerinə yetirən əməkdaşlar arasında ciddi maaş və sosial təminat fərqləri mövcud olub. Yeni qərarlar bu disbalansı aradan qaldırmağa yönəlib.

“İlk dəfə olaraq qanunvericilik paketində konkret ödəniş cədvəlləri və maliyyə göstəriciləri əks olunur. Bu isə əməkhaqqı sistemində şəffaflığı artırır və ictimai müqayisə imkanlarını genişləndirir”, –  Zahid Oruc bildirib.

Onun fikrincə, yeni sistem dövlət qulluğunda “prestij fərqlərini” minimuma endirəcək və əsas meyar kimi peşəkarlıq ön plana çıxacaq.

Zahid Oruc əlavə edib ki, müəyyən edilən maaş diapazonları dövlət sektorunun əmək bazarında rəqabət qabiliyyətini artıracaq və özəl sektordan peşəkar kadrların cəlb olunmasına şərait yaradacaq.

Deputat vurğulayıb ki, islahatların uzunmüddətli təsiri pensiya sistemində də özünü göstərəcək. Belə ki, vahid və şəffaf əməkhaqqı mexanizmi gələcəkdə daha ədalətli pensiya təminatına imkan verəcək.

O həmçinin qeyd edib ki, bölgələrlə paytaxt arasında əməkhaqqı fərqlərinin azaldılması regional inkişaf baxımından mühüm addımdır.

Zahid Orucun sözlərinə görə, qəbul edilən qərarlar sadəcə maaş artımı deyil, dövlət idarəçiliyində şəffaflıq, ədalət və balans prinsiplərinə əsaslanan yeni idarəetmə modelidir.

Deputat sonda bildirib ki, bu dəyişikliklərin mahiyyətinin ictimaiyyətə düzgün izah olunması və onların sosial rifahın yüksəldilməsinə xidmət etdiyi diqqətə çatdırılmalıdır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol