• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatların da maaşları artırılır

Deputatların da maaşları artırılır
10.12.2013 13:11
Azərbaycan Milli Məclisinin deputatlarının əmək haqları artırılacaq. Bu, dekabrın 17-də Milli Məclisdə müzakirəyə çıxarılacaq “Milli Məclis deputatının statusu haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi nəticəsində baş verəcək.Milli Məclisin üzvü Fazil Mustafa Modern.az saytına bildirib ki, deputatlar parlament sədrinin əmək haqqının 70 faizi, komitə sədrləri isə 80 faizi həcmində maaş alırlar: “Qanun layihəsi ilə tam tanış olmasam da, burada əsasən müavinətlərdə müəyyən artımlar nəzərdə tutulmalıdır”. “Əgər sədrin maaşı qaldırılırsa, bu, deputatlara da şamil edilir. Sadəcə, qanun layihəsində sədrin əmək haqqının qaldırılması göstərilir, buna uyğun artım deputatlara da aid ediləcək”-deyə Fazil Mustafa bildirib.“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən Milli Məclis sədrinin aylıq vəzifə maaşı 1950 manatdan 2250 manata qaldırılır. Qeyd edək ki, hazırda sıravi deputatlar 1365 manat məvacib alırlar. Artımdan sonra 1575 manat alacaqlar.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol