• $
  • €
  • ₽
  • ₺
  • £

“Problemlərin mövcudluğu Azərbaycanın gənc dövlət olması ilə bağlıdır”

“Problemlərin mövcudluğu Azərbaycanın gənc dövlət olması ilə bağlıdır”
09.12.2013 15:00
“Hazırda “Diffamasiya haqqında” qanunun hazırlanmasında, eyni zamanda "Vətəndaşların sərbəst toplaşması haqqında" qanunun icrası ilə bağlı Azərbaycan hökumət ilə əməkdaşlıq qurulur”.APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib. O bildirib ki, ATƏT “Diffamasiya haqqında” qanunun Azərbaycanda qəbul olunmasına ümidlidir: “Məlumat azadlığına gəldikdə isə burada müəyyən problemlər mövcuddur. Problemlərin mövcudluğu isə Azərbaycanın gənc dövlət olması ilə bağlıdır. Əsas məqsədimiz Azərbaycan hüquq sistemini beynəlxalq hüquq standartları səviyyəsinə çatdırmaqdır”. K. Tarqay qeyd edib ki, əməkdaşlıq nəticəsində Ədliyyə Nazirliyi sistemində cəzaçəkmə müəssisələrində məhbusların saxlanma şəraitində və onların hüquqlarının qorunmasında müəyyən irəliləyişlərə nail olunub: “Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerləri ATƏT standartları səviyyəsinə çatdırılıb”. ATƏT təmsilçisinin sözlərinə görə, o özü bu sahədə geriyə yox, irəliyə baxmağın tərəfdarıdır: “Lakin Azərbaycanla bağlı durumu qiymətləndirərkən həm geri, həm də irəliyə baxmaq məcburiyyətindəyik. Biz Azərbaycandakı vəziyyəti təhlil edərkən 1991-2013-cü illərdə ölkənin keçdiyi yola nəzər salanda görürük ki, bu illər ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Xətalara gəldiksə isə, bu, hər bir ölkədə müşahidə olunur. Bu yol keçiləndir, xüsusilə də gənc ölkədən söhbət gedirsə. Təəssüf ki, Heydər Əliyev Azərbaycanın son on ilinin inkişafını görə bilmədi”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol