• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
25.04.2026 20:30

Xarici işlər naziri Ceyhun Bayramov Ukrayna prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Görüş zamanı nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bundan başqa tərəflər ticarət, əlaqələrin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.

XİN rəhbərləri regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiqləyib, Azərbaycan ilə Ukrayna arasında yüksək səviyyəli dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi çərçivəni daha da gücləndirəcək Azərbaycan və Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol