• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Azərbaycana qarşı olan siyasi kampaniyaları tənqid edib

Deputat Azərbaycana qarşı olan siyasi kampaniyaları tənqid edib
12.05.2026 12:40

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Azərbaycanın beynəlxalq tədbirlər ərəfəsində yenidən “anti-Azərbaycan kampaniyası” ilə üzləşdiyini açıqlayıb. 

Deputat XIII Ümumdünya Şəhərsalma Forumu ərəfəsində, həmçinin COP29 və Qoşulmama Hərəkatına sədrlik dövrü fonunda ölkəyə qarşı oxşar siyasi kampaniyaların müşahidə olunduğunu deyib.

Onun sözlərinə görə, bu cür fəaliyyətlər xüsusilə Avropa Parlamenti və AŞPA kimi qurumlar, eləcə də Fransa ilə əlaqələndirilən siyasi dairələr tərəfindən həyata keçirilir.

Məhərrəmov bildirib ki, bəzi beynəlxalq platformalarda “siyasi məhbus” və “hərbi əsir” mövzularının yenidən gündəmə gətirilməsi cəhdləri Azərbaycanın suverenliyinə qarşı yönəlmiş siyasi təzyiq kimi qiymətləndirilməlidir.

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və cinayət törətməkdə ittiham olunan şəxslərin məsuliyyətdən yayınmasına imkan verilməyəcək.

O əlavə edib ki, “qondarma siyahılar” və beynəlxalq kampaniyalar ölkənin daxili hüquqi proseslərinə təsir göstərə bilməz.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol