• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
12.05.2026 18:13

Afina şəhərində Azərbaycan və Yunanıstan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib. 

Tərəflər Azərbaycan-Yunanıstan siyasi dialoqunun hazırkı vəziyyətini müzakirə edib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsindən məmnunluq ifadə olunub. 

Məsləhətləşmələr zamanı regiondakı vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə Yunanıstan tərəfinə məlumat verilib. Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol