• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Ceyhun Bayramov Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
20.05.2026 18:05

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüş zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri, postmünaqişə dövründə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji və digər sahələrdə tərəfdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli saziş və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səyləri müzakirə edib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri nəzərdən keçirilib. Bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Olaf Skuq öz növbəsində işğaldan azad edilmiş ərazilərə səfər təəssüratları ilə bölüşüb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol