• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Prezidenti İlham Əliyevi təbrik edib

İsrail Prezidenti İlham Əliyevi təbrik edib
26.05.2026 18:07

İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda İsrail dövlət başçısı Azərbaycan xalqına sülh və rifah arzulayıb, Bakı ilə Təl-Əviv arasında strateji əhəmiyyət daşıyan münasibətlərin İsraildə yüksək qiymətləndirildiyini bildirib.

Hersoq iki ölkə arasında əlaqələrin yalnız siyasi sahə ilə məhdudlaşmadığını, xalqlar arasında da səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.

O, Prezident İlham Əliyevlə açıq və səmimi dialoqa böyük önəm verdiyini vurğulayaraq, ilin əvvəlində Davosda keçirilən görüşü yüksək qiymətləndirdiyini bildirib.

İsrail Prezidenti məktubunda regional çağırışlara toxunaraq qeyd edib ki, Azərbaycan və İsrail mürəkkəb geosiyasi şəraitdə sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir.

Hersoq, həmçinin enerji sektoru başda olmaqla iqtisadi əməkdaşlıq sahəsində əldə olunan irəliləyişləri müsbət qiymətləndirib və ikitərəfli əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini ifadə edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol