• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib

Xocalıda "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib - Yenilənib
28.05.2026 14:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Qarabağ Tekstil Evi" MMC-nin təsisçisi Rizvan Təhməzov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.

Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Qeyd edək ki, "Qarabağ Tekstil Evi" MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün geniş vergi, gömrük və sosial güzəştlər tətbiq olunur.

 

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.

Dövlət başçısına görülmüş işlər barədə məlumat verilib.

Bildirilib ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.

Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Evlər elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol