• $
  • €
  • ₽
  • ₺
  • £

Kobaxidze Azərbaycan Prezidentini təbrik edib

Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28.05.2026 20:21

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri,

Sizi Gürcüstan hökuməti və gürcü xalqı adından Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

28 May Azərbaycan xalqının müstəqillik, dövlətçilik və milli birlik iradəsini əks etdirən rəmzi və tarixi əhəmiyyətli gündür.

Gürcüstan Azərbaycanla möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinə böyük önəm verir. Ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq maraqlar əsasında müxtəlif sahələrdə uğurla inkişaf edir.

Əminəm ki, Gürcüstan və Azərbaycan arasında ənənəvi yaxın münasibətlər bundan sonra da möhkəmlənəcək, regionda sabitlik, təhlükəsizlik və rifahın möhkəmlənməsinə töhfə verəcək.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram”.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol