• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ 2050-ci ilə qədər enerji keçidində Azərbaycanla əməkdaşlığı genişləndirəcək - Kristina Lobillo

Aİ 2050-ci ilə qədər enerji keçidində Azərbaycanla əməkdaşlığı genişləndirəcək - Kristina Lobillo
01.06.2026 15:39

Avropa İttifaqı 2050-ci ilədək karbon neytrallığı hədəfinə doğru irəliləsə də, keçid dövründə təbii qaz və neft idxalını davam etdirəcək və enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirəcək.

Bunu Avropa Komissiyasının Enerji Baş Direktorluğunun Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa Rusiyadan enerji asılılığının yaratdığı riskləri nəzərə alaraq enerji təchizatının diversifikasiyasını sürətləndirir və bu prosesdə Azərbaycan mühüm tərəfdaşdır.

“Avropa iqtisadiyyatının tam transformasiyası zaman tələb edir və bizim hədəfimiz 2050-ci ildir. Bu müddətdə Avropa İttifaqı qaz və neft idxalını davam etdirəcək. Biz enerji təchizatını şaxələndirmək üçün çalışırıq, çünki Rusiyadan asılılıq bir çox üzv dövlətlər üçün çox ağır təcrübə oldu”, – Lobillo Borrero bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır.

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatında bizim strateji tərəfdaşımızdır. Son dörd ildə bu marşrutla Avropa İttifaqına qaz nəqli 40% artıb. Bu, Rusiyadan qaz asılılığının azaldılması siyasətimizdə mühüm rol oynayıb”, – o deyib.

Lobillo Borrero əlavə edib ki, tərəflər arasında əməkdaşlığın ikinci əsas istiqaməti bərpa olunan enerji və Yaşıl Enerji Dəhlizidir.

“Azərbaycanın xüsusilə dənizdə külək enerjisinin inkişafı üzrə çox iddialı planları var. Biz bu sahədə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Həmçinin Yaşıl Enerji Dəhlizi vasitəsilə təmiz elektrik enerjisinin ötürülməsi və ticarəti üzrə birgə işləməyi planlaşdırırıq”, – Avropa Komissiyasının rəsmisi bildirib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi yalnız mövcud təchizatın təmin olunması deyil, həm də gələcək üçün çevik, balanslaşdırılmış və dayanıqlı enerji siyasətinin formalaşdırılması deməkdir.

Azərbaycandan qaz tədarükü ilə yanaşı, yaşıl enerji layihələri də Aİ-Azərbaycan enerji tərəfdaşlığının əsas sütunlarından birinə çevrilir.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol