• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib

Azərbaycan və Türkmənistan 13 sənədi mübadilə edib
22.06.2026 13:27

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə iyunun 22-də iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin mübadiləsi mərasimi keçirilib.

Mərasimdə ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzalayıblar.

Tərəflər gömrük, nəqliyyat, idman, əmək və sosial müdafiə, səhiyyə, qida təhlükəsizliyi, sənaye, energetika, kənd təsərrüfatı, maliyyə, iqtisadiyyat və diplomatik əməkdaşlıq sahələrini əhatə edən ümumilikdə 12 sənəd mübadilə ediblər.

İmzalanan sənədlər arasında daşınan mallar və nəqliyyat vasitələri üzrə ilkin məlumat mübadiləsinə dair texniki şərtlər, gömrük statistikası sahəsində əməkdaşlıq protokolu, energetika sahəsində əməkdaşlıq sazişi, iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsi haqqında saziş, həmçinin 2026–2029-cu illəri əhatə edən Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramı yer alıb.

Bundan əlavə, tərəflər səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, kənd təsərrüfatı, idman, qida təhlükəsizliyi və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan memorandum və proqramlar imzalayıblar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol