• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkmənistan XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycan və Türkmənistan XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib
22.06.2026 21:59

22 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını bildirib,ticarət, enerji, nəqliyyat-tranzit, logistika, gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, regional bağlantıların gücləndirilməsi və Orta Dəhlizin potensialından daha səmərəli istifadənin əhəmiyyətini vurğulayıblar.

Nazirlər həmçinin BMT və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirərək qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Görüş zamanı regional və beynəlxalq gündəmdə olan digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Türkmənistan münasibətlərinin qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında inkişaf etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol