• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin sədri Qalibafla görüşüb, regiondakı proseslər müzakirə olunub

Milli Məclisin sədri Qalibafla görüşüb, regiondakı proseslər müzakirə olunub
24.06.2026 20:23

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Spiker Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının mühüm rolunu qeyd edib və bu konfransın həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını söyləyib. İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin bu səfərinin də parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyinə inam ifadə edilib.

Söhbət zamanı Azərbaycan və İran arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova əlaqələrin bundan sonra da iki dost və qonşu ölkə arasında münasibətlərə uyğun şəkildə inkişaf edəcəyinə inamını bildirib.

Qeyd olunub ki, hazırda iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir, yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilir və bütün bunlar ikitərəfli əməkdaşlığın daha da inkişafına təkan verəcək.

Görüşdə regionda baş verən son proseslər də müzakirə olunub. Spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar regionda gərginliyin azalmasına, davamlı sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək.

Eyni zamanda diqqətə çatdırılıb ki, məlum hadisələr zamanı Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan İrana ilk humanitar yardım göndərən ölkə olub.

Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyev İran səfirliyinə gələrək matəm kitabını imzalayıb və xarici ölkədəki İran səfirliyinə gedən yeganə dövlət başçısı məhz Azərbaycan Prezidenti olub.

Görüşdə parlamentlərarası əlaqələrin iki ölkə arasındakı münasibətlərdə özünəməxsus rolu qeyd olunaraq, tərəflərin parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqları diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqları, həmçinin müxtəlif səviyyələrdə digər təmaslar qeyd olunub.

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Prezident İlham Əliyevin İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsini, İran səfirliyinə gələrək matəm kitabını imzalamasını yüksək qiymətləndirib və buna görə təşəkkürünü ifadə edib.

O, müharibə dövründə Azərbaycan dövləti və xalqının atdığı addımlara, göstərdiyi humanitar yardımlara görə minnətdarlığını bildirib və bunların İran xalqı üçün çox dəyərli olduğunu vurğulayıb.

İran parlamentinin sədri qeyd edib ki, onun Azərbaycana səfəri və tədbirdə iştirakı da bu təşəkkürün ifadəsidir. O, göstərilən dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, dövlətinə və xalqına təşəkkür edib.

Qonaq son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə daha böyük inkişafın müşahidə olunduğunu, xüsusilə iki ölkənin prezidentləri arasında müntəzəm təmasları vurğulayıb.

Məhəmməd Baqer Qalibaf, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının uğurla təşkil olunduğunu vurğulayıb və İƏT Parlament İttifaqında növbəti dövr üzrə sədrlik fəaliyyətində Milli Məclisin sədrinə uğurlar arzulayıb. O, regionda müsəlman ölkələri arasındakı münasibətlərin əhəmiyyətini qeyd edib.

İran parlamentinin sədri qanunvericilik orqanları arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, əlaqələrin daha da genişlənməsinin parlamentlərarası əməkdaşlığın inkişafına mühüm təsir göstərəcəyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol