• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib

Azərbaycanın namizədi BMT-də Komitə üzvlüyünə seçilib
26.06.2026 22:12

Nyu-York şəhərində Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyaya tərəf dövlətlərin 24-cü iclası çərçivəsində Azərbaycan Respublikasının namizədi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) 2027-2030-cu illər üzrə üzvlüyünə seçilib.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Kəskin rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycanla birgə 20 ölkədən olan namizədlər Komitədə mövcud 12 vakant yer uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası tərəfindən namizədliyi irəli sürülmüş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov səsvermənin ilk mərhələsində Komitəyə üzv seçilib.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsi 1979-cu il əlaqədar Konvensiyanın icrasına nəzarət edən əsas müqavilə qurumudur. Komitə qlobal miqyasda seçilən 23 müstəqil ekspertdən ibarət olmaqla, Konvensiyaya tərəf dövlətlərin öhdəliklərinin yerinə yetirilməsini nəzərdən keçirir.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW) ilə yanaşı son iki həftə ərzində BMT insan hüquqları üzrə müqavilə qurumlarından olan İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə namizəd olan Azərbaycan nümayəndələri hər üç komitəyə seçilməklə maksimum nəticə göstərməyə nail olmuşdur.

Bununla yanaşı, Azərbaycan əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunur.

Qeyd edilən seçkilərdə qələbələr Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaratmaqla, müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin Xalq Respublikası ilə ikinci və üçüncü yerləri bölüşür. Bu bir daha ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın növbəti bariz nümunəsidir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol