• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir -2029-cu ilədək cari xərclərin qeyri-neft gəlirləri hesabına tam ödənilməsi hədəflənir

Nazir -2029-cu ilədək cari xərclərin qeyri-neft gəlirləri hesabına tam ödənilməsi hədəflənir
30.06.2026 11:33

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun rolu artmaqda davam edir və hökumət orta müddətli dövrdə büdcənin neft gəlirlərindən asılılığını daha da azaltmağı hədəfləyir. Bunu maliyyə naziri Sahil Babayev deyib.

Milli Məclisin plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Sahil Babayev deyib ki, son illər həyata keçirilən islahatlar qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradıb.

Onun sözlərinə görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edib ki, bu da ümumi daxili məhsulun 71,5 faizinə bərabərdir. Bu göstərici 2024-cü illə müqayisədə real ifadədə 2,7 faiz artım deməkdir.

Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə çatıb. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8 faiz-bəndi və 2 faiz-bəndi artıb.

Sahil Babayev bildirib ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə yüksəlib.

Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində bu göstəricinin 57,4 faizə çatdırılması nəzərdə tutulur.

Nazir həmçinin qeyd edib ki, hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib. Bu göstərici proqnozdan 7,5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 0,2 faiz-bəndi yüksək olub.

“Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ilə hədəfimiz bu göstəricinin 100 faizə çatdırılmasıdır”, - Babayev bildirib.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunun inkişafı və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qalır.

O əlavə edib ki, qeyri-neft gəlirlərinin artırılması və gəlir mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol