• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın qərbyönümlü kursu

Gürcüstanın qərbyönümlü kursu
29.11.2013 19:47

Cekson Dil

On il əvvəl,  elə bu ayda Mixail Saakaşvili - ABŞ-da təhsili almış 35 yaşlı hüquqşünas Gürcüstan parlamentinə yürüşün rəhbəri kimi çıxış etdi. Bu çıxış post-sovet Qafqaz dövlətində korlanmış və avtokratik rejimi ləğv etdi və Avrasiyada liberal-demokratik dövrün əsasını qoydu. "Qızılgül inqilabı"nın ardınca, bir il sonra, Ukraynada "narıncı inqilab" oldu. Məğrur və diqqəti özünə çəkməyi bacaran Saakaşvili isə tezliklə Gürcüstanın prezidenti seçildi və bu ölkədə qərbyönümlü dəyişikliklərin simvolu oldu, buna Moskvada nifrətlə, Vaşinqtonda isə xoşluqla qarşıladılar.

On il sonra dalğa geri çəkildi. Keçən həftə Ukrayna Avropa İttifaqıyla assosiasiya haqqında razılaşmadan imtina etdi və Vladimir Putinin Kremlinə qucaq açdı. Ukrayna Ermənistanın addımını təkrarladı, Ermənistan bu il, payızın əvvəlində Putinin ağır təzyiqlərinə davam gətirmədi. Yalnız Moldova və Saakaşvilinin yaratdığı Gürcüstan ehtiyac duyduqları demokratiya və azad bazarı təmin etmək üçün indi Avropa Birliyiylə işləyir.

 

Saakaşviliyə gəlincə, o harada başlamışdısa, elə oraya da qayıtdı – bir il əvvəl parlamentdə onun partiyasının acı məğlubiyyətindən sonar öz ikinci prezidentlik müddətini qurtarıb ABŞ-a qayıtdı. Fərq ondadır ki, indi öz ölkəsində də, Obama dövründə Gürcüstana və ya digər post-sovet ölkələrinə çox da diqqət ayırmayanVaşinqtonda da gözdən düşüb.

Bundan başqa, Gürcüstanın Avropaya tərəf inamsız kursu ölkə xaricində olan sabiq prezidentdən asılıdır, ona görə də avtoritar idarəçiliyə meylli hökümət onu türməyə sala bilməz.

  

"Mənimlə bağlı məsələdə problem ondadır ki, əgər mən həbs edilsəm, onda bu, Gürcüstanın Avropaya inteqrasiyasının sonu demək olacaq" - Vaşinqtona səfərə gələrkən, Saakaşvili keçən həftə mənə belə demişdi. Onun dediklərində heç bir şişirtmə-filan yoxdur – amma onun könüllü şəkildə sürgünü zəmanət verir ki, o, öz həbsiylə Ukrayna - Avropa Birliyi münasibətlərində böhran doğurmuş keçmiş baş nazir, “narıncı inqilab”ın lideri Yuliya Timoşenkonun taleyini paylaşmayacaq.

 

Postsovet məkanında liberal demokratiya öldümü? Putin Sovet İmperiyasına bənzər nəsə yarada biləcəkmi? Səbrini güclə basan Saakaşvili əvvəlki tək deyir: "Heç bir halda".

 

"Əgər sizin radikal islahatlarınız varsa, onda bilirsiniz ki, kimsə gələcək və bu islahatları ləğv etməyə çalışacaq", - o, deyir. "Amma mən düşünmürəm ki, onlar prosesi geri çevirə bilərlər. Bu region kimin hökümətdə olmasından asılı olmayaraq Qərbə tərəf dreyf edir".

 

Saakaşvilinin dediyim kimi, Gürcüstan, Ukrayna və başqa Avrasiya dövlətləri Qərbə demokratiya və inteqrasiya yoluyla gedir, Varşava müqaviləsi üzrə onların keçmiş qonşuları Polşa və Macarıstan 1990-cı illərdə getdiyi kimi. Fərq ondadır ki, Rusiya Boris Yelsinin kvazi-demokratiyasından Putinin neoimperialist rejiminə keçdi.

 

Putin öz qonşularını ticarət embarqosu ilə qorxudur və ya Gürcüstanla bağlı məqamda olduğu kimi, hərbi təzyiqlə qorxudur, həmçinin liberalizmə sədaqəti mübahisə doğuran hökmdarlara cəlbedici mükafatlar təklif edir. "Putinin yumşaq gücü korrupsiyadan ibarətdir", - Saakaşvili deyir. "Əgər siz Avropa İttifaqına getmək istəyirsinizsə, siz bütün bu ağrılı islahatları keçməlisiniz ki, ora daxil olmaq mümkün olsun. Avropa İttifaqına daxil olmaq üçünsə sizə yalnız zəif və korrupiyalaşmış ölkə olmaq lazımdır, bu ölkə isə Putinin manipulyasiyalarının obyekti olacaq. Siz öz müxalifətçilərinizi həbs edə və buna görə də təşəkkür ala bilərsiniz".

Başqa bir fərq Birləşmiş Ştatlarla bağlıdır. 1990-cı illərdə Klinton administrasiyası Şərqi Avropa xalqlarını NATO-ya və Avropa Birliyinə itələyirdi. İndiysə Putin itələyir, amma Birləşmiş Ştatlar yoxdur. "Bunun səbəbi o deyil ki, Rusiya çox güclüdür", - Saakaşvili dedi. "Bu, amerika zəifliyinin və amerika yoxluğunun dərk edilməsidir. Rusiyada hazırda elə qavrayış yaranıb ki, onların bizim regionda nə etməsindən asılı olmayaraq, Amerika reaksiya vermək fikrində deyil".

 

İndiyə qədər Gürcüstan qərbyönümlü kurs tərəfdarı idi, Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırılmasını təşkil etmiş milyarder Bidzina İvanişvili işarə etdi ki, o, Avrasiya İttifaqı məsələsinə baxa bilər. Belə bir fikrin səsləndirilməsini şərtləndirən əsas amillər odur ki, gürcülərin böyük əksəriyyəti Avropa Birliyinə daxil olmağa üstünlük verirlər, həm də son 10 il ərzində Saakaşvili tərəfindən yaradılmış təsisatlar qorunub saxlanılıb. Məhkəmələr yeni hökumət tərəfindən qaldırılmış siyasi işləri bir kənara qoyurlar.

 

Saakaşvili hökumətinin özü opponentlərin qorxudulmasında ittihamlara tez-tez məruz qalırdı; onun seçkilərdə məğlubiyyəti qismən, məhbuslarla qəddar rəftar qalmaqalına görə oldu. Sevindirici məqamdır ki, sabiq prezident "öz səhvlərini" etiraf etməyə hazırdır. "Həmişə çox hakimiyyətə yiyələnmək nəfsi mövcuddur", - o, deyir. "İnsanlar demokratik niyyətlərlə gəlirlər və birinci gördükləri iş o olur ki, - daha çox hakimiyyətə yiyələnsinlər, çünki onlar yaxşı niyyətdə olduqlarını güman edirlər".

"Amma onlar bundan dərs alırlar. Gələn dəfə biz hakimiyyətə gələndə şəffaf demokratik təcrübə olacaq - azad kütləvi informasiya vasitələrləri, açıq demokratik müzakirə, daha yüksək səviyyəli demokratiya".

 

Saakaşvili proqnozlaşdırır ki, sonda "islahatçılar Gürcüstanda hakimiyyətə qayıdacaqlar". Bu yaxınlardakı prezident seçkilərində onun partiyası Elə Saakaşvilisiz 22 faiz səs aldı – bu rəqəm dirçəlmək üçün kifayətdir. Eyni zamanda, o, ABŞ-da yenidən özü üçün yol açır.

 

"Mən cavanlaşdım", - o, sevinir. "Mən əsasən sıfırdan başlayıram. Mən yorulmamışam və istirahətə də gərək duymuram. Amma mənim xalqım məndən istirahət etməlidir".

  

Tərcümə Ramil Rahiboğlu

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol