• $
  • €
  • ₽
  • ₺
  • £

Merts: Almaniya Azərbaycandan daha çox qaz idxalı imkanlarını nəzərdən keçirir

Merts: Almaniya Azərbaycandan daha çox qaz idxalı imkanlarını nəzərdən keçirir
21.07.2026 16:09

Almaniya Rusiyadan qaz tədarükünü dayandırdıqdan sonra yeni enerji mənbələri axtarır və bu baxımdan Azərbaycan mühüm tərəfdaşlardan biridir. Bunu Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Rusiyadan qaz tədarükünü dayandırdığımızdan bəri, təbii ki, yeni təchizat mənbələri axtarırıq. Burada Azərbaycan bizim üçün mühüm rol oynayır. Bu, iqtisadi baxımdan çox maraqlı perspektivdir", – Merts bildirib.

Onun sözlərinə görə, Almaniya alternativ təchizat mənbələrinin şaxələndirilməsi istiqamətində də addımlar atıb.

Kansler Prezident İlham Əliyevə enerji sahəsində aparılan müzakirələrə görə təşəkkür edərək bildirib ki, tərəflər Azərbaycandan qaz idxalının artırılması imkanlarını nəzərdən keçiriblər.

"Azərbaycandan daha böyük həcmdə qaz idxalı imkanlarını müzakirə etdik. Bu, birgə razılaşmamızın tərkib hissəsidir və Azərbaycanla gələcək danışıqların da əsas mövzularından biri olacaq", - Merts vurğulayıb.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol