• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Misir Prezidentini İnqilab Günü münasibətilə təbrik edib
23.07.2026 11:23

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə 23 İyul – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.


Prezidentin rəsmi internet saytında dərc olunan məktubda dövlət başçısı Misir Prezidentini və ölkə xalqını bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.


İlham Əliyev məktubunda Azərbaycan ilə Misir arasında dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin mövcud səviyyəsinin məmnunluq doğurduğunu bildirib.
Dövlət başçısı vurğulayıb ki, xalqların iradəsinə uyğun olaraq Azərbaycan-Misir dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq birgə səylərlə bundan sonra da inkişaf edəcək və daha da genişlənəcək.


Prezident İlham Əliyev məktubunun sonunda Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Misir xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol