Paraqvay Azərbaycana fəxri konsul təyin edib

Paraqvay Azərbaycana fəxri konsul təyin edib. Bu barədə Paraqvayın Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri Gillermo Sosa "Report"un Türkiyə bürosuna müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, bu vəzifəyə Tərlan Məmmədov təyin olunub.
"İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək", - Gillermo Sosa qeyd edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























