• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
27.07.2026 13:25

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Əmək Məcəlləsində, Mülki Məcəllədə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.

Qanunvericiliyə edilən dəyişikliklə ilk dəfə olaraq "İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı tətbiq edilir.

Yeni qaydalara əsasən, şirkətlər işçilərə müəssisənin pay və ya səhmlərini güzəştli şərtlərlə və ya ödənişsiz təqdim edə biləcəklər. Payların işçinin tam mülkiyyətinə keçməsi isə müəyyən müddət şirkətdə işləmək və ya şirkətin, yaxud işçinin qarşıya qoyulan biznes hədəflərinə nail olması kimi şərtlərlə əlaqələndirilə bilər.

Dəyişikliklərə görə, ştat ixtisarı, sağlamlıq vəziyyəti və ya işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdə, müəyyən hallarda işçinin hələ tam qazanmadığı payların bir hissəsi qoruna bilər. Əksinə, əmək funksiyalarını pozduğuna və ya intizam pozuntusuna görə işdən çıxarılan işçi qazanmadığı bütün pay hüquqlarını itirəcək.

Qanunda qeyd olunur ki, bu müqavilələr çərçivəsində işçiyə verilən pay və ya səhmlər əməkhaqqı hesab edilmir və əməkhaqqını əvəz edə bilməz.

Dəyişikliklər Mülki Məcəlləyə də yeni korporativ idarəetmə mexanizmləri gətirir. Belə ki, şirkət iştirakçıları və səhmdarlar öz aralarında korporativ müqavilələr bağlaya, səsvermə qaydalarını, payların satışı şərtlərini, mübahisələrin arbitraj yolu ilə həllini və digər məsələləri sərbəst müəyyən edə biləcəklər.

Bundan başqa, qanunvericilikdə ilk dəfə vençur kapitalı bazarında geniş istifadə olunan "Tag-along" (birgə satış hüququ), "Drag-along" (məcburi satış hüququ), "ROFR" (ilk imtina hüququ), "Anti-dilution" (payın dəyərsizləşməsindən qorunma), konvertasiya olunan borc və SAFE (Simple Agreement for Future Equity) kimi investisiya alətləri və mexanizmləri də təsbit olunub.

Yeni dəyişikliklər, həmçinin vençur kapitalı fondları və akkreditə olunmuş investorların xaricdə fəaliyyət göstərən innovativ layihələrə və startaplara gələcək iştirak payı əldə etmək məqsədilə investisiya qoymalarına da hüquqi baza yaradır. Bu köçürmələr Mərkəzi Bankın müəyyən etdiyi qayda və hədlər çərçivəsində həyata keçiriləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol