• $
  • €
  • ₽
  • ₺
  • £

MSK sədri Qazaxıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcək

MSK sədri Qazaxıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcək
21.08.2026 10:16

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 23-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləmək üçün bu ölkəyə səfər edib. Bu barədə MSK məlumat yayıb.

Nümayəndə heyətinin seçki gününədək seçkilərə hazırlıq prosesi və seçki komissiyalarının fəaliyyəti ilə tanış olması, səsvermə günü isə Astanadakı seçki məntəqələrində səsvermə prosedurlarını müşahidə etməsi nəzərdə tutulur.

MSK təmsilçiləri avqustun 22-də Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının iclasında da iştirak edəcəklər.

İclasda seçki administrasiyaları arasında əməkdaşlıq, qabaqcıl təcrübələrin mübadiləsi və institusional əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Səfər çərçivəsində Məzahir Pənahovun Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov, digər ölkələrin seçki qurumlarının rəhbərləri və beynəlxalq müşahidə missiyalarının təmsilçiləri ilə görüşləri də planlaşdırılır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol