• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniya səfiri: İnsan hüquqları ilə bağlı narahatlıqları Azərbaycanla məxfi müzakirə edirik

Britaniya səfiri: İnsan hüquqları ilə bağlı narahatlıqları Azərbaycanla məxfi müzakirə edirik
21.08.2026 11:32

Böyük Britaniya Azərbaycanda insan hüquqları ilə bağlı mümkün narahatlıqlarını ictimai şəkildə deyil, ikitərəfli və məxfi dialoq çərçivəsində qaldırmağa üstünlük verir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bildirib.

“Biz Azərbaycanla yaxşı dostuq. Lakin hətta dostlar da bəzən məsələlərə fərqli baxırlar"- Norman deyib.

Onun sözlərinə görə, London insan hüquqları ilə bağlı narahatlıq doğuran məsələləri Azərbaycan tərəfi ilə birbaşa müzakirə edir.

“İnsan hüquqları ilə bağlı hər hansı narahatlığımız olarsa, bunu ictimaiyyətə açıq şəkildə deyil, yalnız ikitərəfli, məxfi dialoq çərçivəsində qaldıracağıq",- səfir bildirib.

Norman deyib ki, Britaniya uzun müddətdir bu yanaşmadan istifadə edir və onu davam etdirmək niyyətindədir.

“Düşünürük ki, bu, həm doğru yanaşmadır, həm də daha uğurlu nəticə vermək ehtimalı yüksəkdir,” - o əlavə edib.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol