Azərbaycan XİN Uruqvayı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Uruqvay xalqını və hökumətini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. XİN bu barədə “X” hesabında paylaşım edib.
“Uruqvay xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik”, - paylaşımda bildirilib.
Uruqvay hər il 25 avqustda Müstəqillik Gününü qeyd edir. Ölkə 1825-ci il avqustun 25-də Braziliyadan müstəqilliyini elan edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























