Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nepal-Çin sərhədində baş verən və insan tələfatı ilə nəticələnən daşqın və torpaq sürüşmələri ilə bağlı başsağlığı verib.
XİN bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Nazirlik fəlakət nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib.
“Davam edən axtarış-xilasetmə əməliyyatları zamanı itkin düşənlərin sağ-salamat tapılacağına ümid edirik”, – paylaşımda bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























