• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Türkiyə Afrika ölkələrində birgə layihələr həyata keçirməyi planlaşdırır - Bayramov

Azərbaycan və Türkiyə Afrika ölkələrində birgə layihələr həyata keçirməyi planlaşdırır - Bayramov
15.09.2026 15:09

Azərbaycan və Türkiyə Afrika ölkələrində birgə layihələrin həyata keçirilməsini əməkdaşlığın yeni istiqamətlərindən biri kimi nəzərdən keçirirlər. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi bildirib.


“Azərbaycan son illərdə Afrika ölkələri ilə əlaqələri prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Ticarət-iqtisadi missiyaların və həyata keçirilən layihələrin sayı artır”, - Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.


Onun sözlərinə görə, Türkiyənin Afrikada geniş diplomatik və iqtisadi təmsilçiliyə malik olması Azərbaycan, Türkiyə və Afrika ölkələrinin iştirakı ilə üçtərəfli layihələrin reallaşdırılması üçün imkan yaradır.


Bayramov bildirib ki, iki ölkə iqtisadiyyat, investisiya, ticarət, müdafiə, təhlükəsizlik, humanitar sahə və alternativ enerji daxil olmaqla geniş istiqamətlər üzrə əməkdaşlıq edir, həmçinin üçüncü ölkələrdə birgə fəaliyyət göstərir.


Nazirin sözlərinə görə, Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının 2023-cü ilin dekabrında keçirilmiş iclasının yekununda iqtisadi əməkdaşlıq üzrə 110 tədbir və layihəni əhatə edən Yol Xəritəsi qəbul olunub və hazırda onun icrası davam edir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol