Xırdalanda qumbara partlayışı nəticəsində 19 yaşlı qız ölüb

Xırdalan şəhərində fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində 19 yaşlı qız həlak olub.
Bu barədə Baş Prokurorluqdan anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, hadisə sentyabrın 14-də baş verib. Partlayış nəticəsində 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva ölüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və hazırda ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























