• $
  • €
  • ₽
  • ₺
  • £

AİH şirkətlərinin satınalma prosedurları sadələşdirilə bilər

AİH şirkətlərinin satınalma prosedurları sadələşdirilə bilər
17.09.2026 11:43

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan dövlət kommersiya müəssisələrinin öz gəlirləri hesabına həyata keçirdikləri satınalmaları ümumi dövlət satınalma prosedurlarından kənar, daxili qaydalar əsasında aparmasına icazə verilməsi təklif olunur.


“Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişikliklərin məqsədi iri dövlət şirkətlərinin satınalmalarını sürətləndirmək, bürokratik maneələri azaltmaq və onların rəqabət qabiliyyətini artırmaqdır.


Təşəbbüslə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çıxış edib, qanuna yeni 3.2.8-1-ci maddənin əlavə olunması barədə təklif isə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb.


Layihəyə əsasən, AİH-in portfel şirkətləri yalnız öz kommersiya fəaliyyətindən əldə etdikləri vəsait hesabına mal və xidmətləri ümumi dövlət satınalma prosedurlarından kənar ala biləcəklər. İstisna dövlət büdcəsindən ayrılan vəsaitlərə şamil olunmayacaq.


Bu hüquqdan istifadə etmək üçün şirkətdə müvafiq dövlət orqanının formalaşdırdığı müşahidə şurası fəaliyyət göstərməli və satınalmalar üzrə daxili qaydalar təsdiqlənməlidir.


Bağlanan müqavilələr Maliyyə Nazirliyinin rəqəmsal maliyyə sistemi vasitəsilə qeydiyyata alınacaq. Beləliklə, satınalmalar ümumi prosedurlardan kənarda aparılsa da, dövlətin maliyyə nəzarəti saxlanılacaq.


Hazırda qanunun 3.2.8-ci maddəsinə əsasən, müəyyən şərtlərə cavab verən dövlət kommersiya müəssisələri öz gəlirlərini daxili satınalma qaydaları üzrə xərcləyə bilirlər. SOCAR, Azərbaycan Beynəlxalq Bankı, “Azərbaycan Dəmir Yolları” və “Azər-Türk Bank” bu mexanizmdən istifadə edən müəssisələr sırasındadır.


Yeni 3.2.8-1-ci maddə analoji hüququn AİH-in idarəetməsində olan digər dövlət şirkətlərinə də şamil edilməsini nəzərdə tutur. AİH-in portfelinə AZAL, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Bakı Metropoliteni” və “Aztelekom” daxil olmaqla iri dövlət müəssisələri daxildir.


Qanun layihəsi qüvvəyə minmək üçün Milli Məclisdə qəbul edilməli və prezident tərəfindən təsdiqlənməlidir.


Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol