• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Mehdiyevin məhkəməsi başlayır

Ramiz Mehdiyevin məhkəməsi başlayır
21.09.2026 09:49

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

İclasa hakim Murad Aslanov sədrlik edəcək.

Ramiz Mehdiyev və sabiq köməkçisi Eldar Əmirovun cinayət işinə birlikdə baxılacaq. İttiham aktına əsasən, Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər) maddələri ilə ittiham olunur.

İttihama görə, Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı material hazırlayıb və onun Əli Kərimliyə təqdim edilməsini təşkil edib.

İttiham aktında həmçinin Mehdiyevin xarici xüsusi xidmət orqanlarının köməyi ilə dövlət hakimiyyətinin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn fəaliyyətlərdə iştirak etdiyi, habelə dövlətə xəyanət etdiyi bildirilir.

Bundan başqa, ittihama əsasən, o, 2025-ci il oktyabrın 13-dək cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb.

Ramiz Mehdiyev barəsində cinayət işi Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabrında başlanıb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və tədbirin müddəti sonradan uzadılıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol