• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
25.09.2026 14:57

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 25-də onun dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb. 

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Dövlət başçıları İlham Əliyevin və Emoməli Rəhmonun siyasi iradəsinin və birgə səylərinin Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rol oynadığı qeyd olunub. 

Ölkələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Qarşılıqlı ticarətdə müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Eyni zamanda ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb. 

Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin, eləcə də Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forum formatının işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində mövcud olan əlverişli əməkdaşlıq imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib. 

Orta Dəhlizin Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutlarından biri kimi artan rolu, eləcə də Zəngəzur dəhlizinin regionun yeni nəqliyyat arxitekturasında yaratdığı əlavə imkanlar qeyd olunub.

Energetika sahəsində, xüsusilə bərpa olunan enerji istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu bildirilib. 

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəni-humanitar və təhsil sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Sazişin tələbələr üçün əlavə imkanlar yaratdığı bildirilib.

Hökumət başçıları Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol