• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri ilə görüşüb
25.09.2026 19:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sloveniyanın xarici və Avropa işləri naziri Tone Kajzerlə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bayramov həmkarını vəzifəyə təyin olunması münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Sloveniya münasibətlərinin gündəliyi nəzərdən keçirilib. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vurğulanıb və siyasi dialoqun intensivləşdirilməsi, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Nazirlər enerji və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan təbii qazının Sloveniya bazarına tədarükü müsbət qiymətləndirilib, həmçinin Orta Dəhliz boyunca strateji bağlantı üzrə tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.

Bayramov, həmçinin Azərbaycan-Ermənistan normallaşma gündəliyinin hazırkı vəziyyəti və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol