• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır

Azərbaycan tranzit yükdaşımalarını ən azı 56% artırmağı planlaşdırır
26.09.2026 09:21

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə tranzit yükdaşımaların həcmini bu il gözlənilən 16 milyon tondan 2030-cu ilədək ən azı 25 milyon tona çatdırmağı planlaşdırır. Bu, təxminən 56% artım deməkdir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

“Bu il göstərici 16 milyon tona çatacaq. Hədəfimiz 2030-cu ilədək hər iki marşrut üzrə 25 milyon tona, bəlkə də daha çoxuna çatmaqdır”, - Əliyev deyib.

Onun sözlərinə görə, artan tranzit tələbatını qarşılamaq üçün Azərbaycan qonşu ölkələrlə nəqliyyat imkanlarının genişləndirilməsi, gömrük inzibatçılığının rəqəmsallaşdırılması və multimodal daşımaların səmərəliliyinin artırılması üzərində işləyir.

Prezident bildirib ki, Azərbaycan dəmir yollarının 60%-i elektrikləşdirilib və proses davam edir.

Ölkənin bütün qonşu dövlətlərlə dəmir yolu əlaqəsi mövcuddur.
Əliyevin sözlərinə görə, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin hər ikisində fəal iştirak edən azsaylı ölkələrdəndir.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol