• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sosial şəbəkə alqoritmlərinə nəzarətin artırılması təklif olunur

Azərbaycanda sosial şəbəkə alqoritmlərinə nəzarətin artırılması təklif olunur
30.09.2026 11:27

Azərbaycanda sosial şəbəkələrin radikallaşma və cəmiyyətdə qütbləşməni gücləndirən alqoritmlərinə nəzarətin artırılması üçün qanunvericiliyin Avropa İttifaqının təcrübəsi əsasında təkmilləşdirilməsi təklif olunur. Bunu deputat Sahib Alıyev Milli Məclisdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, “Meta”, “X”, “YouTube”, “Google” və digər texnologiya platformalarının alqoritmləri istifadəçilərin diqqətini daha çox cəlb edən qıcıqlandırıcı və aqressiv paylaşımları süni şəkildə önə çıxarır.


“İnsan beyni neqativ, qorxulu və hədəf göstərən xəbərlərə müsbət məzmundan daha həssas reaksiya verdiyindən, alqoritmlər cəmiyyəti qütbləşdirən, qıcıqlandırıcı və aqressiv postları süni şəkildə önə çıxarır”, - o bildirib. 


Deputat bildirib ki, istifadəçinin müəyyən məzmuna maraq göstərdiyi aşkarlandıqda platformalar ona daha kəskin və baxışlarına uyğun paylaşımlar təqdim edir. Bu isə insanların alternativ fikirlərdən təcrid olunmasına, radikal mövqelərin güclənməsinə və cəmiyyətin qarşıdurma cəbhələrinə bölünməsinə səbəb olur.


Sahib Alıyev bot şəbəkələri və trollar vasitəsilə müəyyən fikirlərin süni şəkildə trendə çevrildiyini də qeyd edib.


O, Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının sosial qütbləşməni və radikallaşmanı stimullaşdıran alqoritmlərə qarşı konkret tələblər müəyyən etdiyini bildirib. Deputat xüsusilə sənədin 27, 34, 35, 38 və 40-cı maddələrinə istinad edib.

Sahib Alıyev, həmçinin Milli Məclisin komitələrinə fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı ayrıca bəyanat yaymaq səlahiyyətinin verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol