• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Sarkisyan və Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

Deputat: Sarkisyan və Koçaryan BMT-də çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?
30.09.2026 11:15

Azərbaycanın Fələstin məsələsində iki dövlətli həlli, daimi atəşkəsi və humanitar yardımları ardıcıl dəstəkləməsi İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışı zamanı zalın tərk edilməsindən daha əhəmiyyətlidir. Bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.


“Serj Sarkisyan və Robert Koçaryan Baş Assambleyada çıxış edərkən Xocalı qətliamına görə neçə müsəlman lideri və aparıcı Qərb dövlətinin təmsilçisi Nyu-Yorkdakı zalı tərk edib?” - deputat bildirib.


Onun sözlərinə görə, Azərbaycanın 30 ilə yaxın davam edən işğal dövründə Qəzza məsələsinə göstərilən səviyyədə beynəlxalq etiraz və yardım siyasəti müşahidə edilməyib.


“Müharibə qurbanlarına dəstək yalnız bəyanat, qətnamə qəbulu və zalı tərk etməklə ölçülmür. Həmrəylik dağıdılmış şəhərləri, məktəbləri, xəstəxanaları və insanların həyatını yenidən qurmaqla sübut olunur”, - Zahid Oruc deyib.


Zahid Oruc, həmçinin Ermənistanla münasibətlərin normallaşmasından sonra yaranacaq gömrük, tranzit, sərhəd ticarəti və sığorta münasibətləri üçün hüquqi bazanın indidən hazırlanmasını təklif edib.


“Sabah sərhədlər açılarsa, hansı gömrük rejimi işləyəcək, tranzit yüklərin hüquqi və sığorta təminatı necə olacaq?” - o bildirib.


Deputatın sözlərinə görə, yeni mərhələdə enerji xətlərinin, dəmir yollarının, rəqəmsal kommunikasiya şəbəkələrinin və beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunması da qanunvericilikdə əksini tapmalıdır.


O, parlamentin payız sessiyasında BMT-nin müvafiq institutlarının iştirakı ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin nəticələrinə, eləcə də Cənubi Qafqazda sülh və inteqrasiyaya həsr olunan ardıcıl tədbirlərin keçirilməsini təklif edib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol