• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Türkiyə ilə bağlı təklif verib

Deputat Türkiyə ilə bağlı təklif verib
30.09.2026 11:58

Azərbaycan və Türkiyə parlamentlərinin nəzarəti altında, iki ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanlarının iştirakı ilə birgə təhqiqat qruplarının yaradılması təklif olunur. Bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu qruplar Türkiyənin bəzi media resursları və sosial şəbəkələrində Azərbaycana qarşı aparıldığını bildirdiyi kampaniyaların maliyyə mənbələrini və idarəetmə mərkəzlərini araşdırmalıdır.


“Bu təxribatların maliyyə mənbələrinin, idarəetmə mərkəzlərinin və qaynaqlandığı konkret ünvanların aşkarlanaraq ifşa edilməsi artıq zərurətə çevrilib”, - deputat bildirib.


Məhərrəmov qeyd edib ki, sözügedən paylaşımlar Türkiyə dövlətinin rəsmi mövqeyini və türk xalqının Azərbaycana münasibətini əks etdirmir. O, belə fəaliyyətlə məşğul olan şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsini təklif edib.


Deputat, həmçinin dövlətin dünyəvi əsaslarını və milli birliyi hədəfə alan fəaliyyətlərə görə cəzaların sərtləşdirilməsi məsələsinin Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını istəyib.


O, internet yayımçılığı sahəsində nəzarətin gücləndirilməsini də təklif edib. Məhərrəmovun sözlərinə görə, gündəlik həyat, məişət və maarifləndirici mövzularda qanun çərçivəsində yayımlanan məzmuna maneə yaradılmamalı, lakin qarşıdurmanı qızışdıran və təhrikedici yayımlar ciddi nəzarətə götürülməlidir.


“İnformasiya məkanı dövlətimizin suverenlik hüdududur və kütlələrin beyninin zəhərləndiyi poliqona çevrilə bilməz”, - deputat deyib.


Məhərrəmov internet yayımçılığının tənzimlənməsi ilə bağlı məsələlərin də parlamentin cari payız sessiyasının qanunvericilik işləri planına və gündəliyinə salınmasını təklif edib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol