• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Məmmədov süni intellekt və sosial media ilə bağlı ayrıca qanunlar təklif edib

Ceyhun Məmmədov süni intellekt və sosial media ilə bağlı ayrıca qanunlar təklif edib
30.09.2026 12:10

Azərbaycanda süni intellektdən istifadənin təhlükəsizlik tələbləri və sosial media platformalarının fəaliyyəti ilə bağlı ayrıca qanunların qəbul edilməsi təklif olunur. Bunu deputat Ceyhun Məmmədov Milli Məclisdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, süni intellekt və sosial media sürətlə gündəlik həyatın bir hissəsinə çevrilir, bu proseslərin idarə olunması isə getdikcə mürəkkəbləşir.


“Xüsusilə sosial mediada baş verənlər, aparılan müzakirələr və məqsədli şəkildə kənardan edilən müdaxilələr bizi ciddi düşündürür. Süni intellektdən düzgün istifadə və təhlükəsizlik məsələləri nəzərə alınmaqla həm süni intellekt, həm də sosial media ilə bağlı ayrıca qanunların qəbuluna ehtiyac var”, - deputat bildirib.


Məmmədov qeyd edib ki, tənzimləmə tədbirləri vaxtında həyata keçirilməsə, gələcəkdə bu sahədə problemlər daha mürəkkəb xarakter ala bilər.


Deputat təhsil qanunvericiliyinin də yenilənməsini təklif edib. Onun fikrincə, “Təhsil haqqında” Qanuna yenidən baxılmalı, “Ali təhsil haqqında” və “Distant təhsil haqqında” ayrıca qanunlar hazırlanmalıdır. Gələcəkdə vahid Təhsil Məcəlləsinin qəbul edilməsi də məqsədəuyğun olardı.
Ceyhun Məmmədov, həmçinin milli-mənəvi və ailə dəyərlərinin qorunması üçün hüquqi bazanın gücləndirilməsini istəyib.


“Dünyada dəyərlərin sürətli transformasiyası gedir. Milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi bazanın yaradılmasını təklif edirəm”, - o deyib.


Deputat ailə institutunun üzləşdiyi risklərin qarşısının alınması məqsədilə əlavə qanun və qərarların qəbuluna ehtiyac olduğunu da bildirib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol