• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib

Milli Məclis 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat qəbul edib
30.09.2026 15:22

Milli Məclis sentyabrın 30-da keçirilən plenar iclasında 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edib.


Sənəddə 27 sentyabr Azərbaycanın ərazi bütövlüyünün bərpasına və dövlətin suveren hüquqlarının bütün ölkə ərazisində təmin edilməsinə aparan prosesin başlanğıcı, eləcə də milli birliyin rəmzi kimi qiymətləndirilib.


Bəyanatda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş mərhələsi olduğu bildirilib.


Qeyd olunub ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsini tələb edən dörd qətnaməsinin icrasını öz gücü ilə təmin edib.


Sənəddə 2023-cü il sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror tədbirlərinin 44 günlük müharibədə əldə edilmiş qələbənin davamı olduğu və nəticədə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edildiyi vurğulanıb.


Milli Məclis 27 Sentyabr – Anım Günü, 8 Noyabr – Zəfər Günü və 20 Sentyabr – Dövlət Suverenliyi Gününün mahiyyətcə bir-birini tamamladığını bildirib.


Bəyanatda, həmçinin 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhər və rayonlarına hücumları nəticəsində 100-dən çox mülki şəxsin, o cümlədən 11 uşağın öldüyü, 450-dən çox insanın yaralandığı qeyd olunub.


Parlament şəhidlərin xatirəsinə ehtiramını bildirib, müharibədə iştirak etmiş əsgər və zabitlərə minnətdarlığını ifadə edib.


“Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir”, – bəyanatda deyilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol