• $
  • €
  • ₽
  • ₺
  • £

Azay Quliyev qanunsuz tapşırıqdan imtina edən dövlət qulluqçularının qorunmasını təklif edib

Azay Quliyev qanunsuz tapşırıqdan imtina edən dövlət qulluqçularının qorunmasını təklif edib
30.09.2026 15:47

Qanunsuz tapşırıqları yerinə yetirməkdən imtina edən və dövlət qurumlarındakı neqativ hallar barədə şikayət verən qulluqçuların təqib və qisas xarakterli təzyiqlərdən qorunması üçün ayrıca mexanizm yaradılmalıdır. Bunu deputat Azay Quliyev Dövlət Qulluğu Məcəlləsinin layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, layihədə dövlət qulluqçusunun qanunsuz tapşırığın icrasından imtina etmək və neqativ hallar barədə şikayət vermək hüququnun təsbit edilməsi müsbət addımdır. Lakin bu hüquqdan istifadə edən şəxslərin sonradan təzyiqlə üzləşməməsi üçün əlavə təminatlara ehtiyac var.

“Elə mexanizm formalaşdırmalıyıq ki, bu hüquqdan istifadə edən, şikayət verən və ya neqativ hallarla bağlı məsələ qaldıran şəxslər sonradan təqibə məruz qalmasın, onlara qisas məqsədilə təzyiq göstərilməsin”, - deputat bildirib.

Quliyev bu müdafiə mexanizminin etik müvəkkillərə də şamil edilməsini təklif edib.
Deputat dövlət qulluqçularının xidmət müddətinin hər dəfə bir il olmaqla beş dəfəyədək uzadılmasını nəzərdə tutan müddəanı da dəstəkləyib.

Bununla yanaşı, o, qərarın hansı meyarlar əsasında veriləcəyinin layihədə dəqiq göstərilməsini istəyib.
Onun fikrincə, açıq meyarların müəyyənləşdirilməsi həm dövlət orqanı rəhbərinin qərar qəbul etməsini asanlaşdırar, həm də qulluqçuların xidmət müddətinin uzadılması imkanlarını əvvəlcədən bilməsinə şərait yaradar.

Azay Quliyev, həmçinin dövlət qurumlarının etik davranış qaydalarına dair illik hesabatlarında əks olunan pozuntuların adlar və qurumlar göstərilmədən ümumiləşdirilməsini və digər dövlət orqanlarına göndərilməsini təklif edib.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol