• $
  • €
  • ₽
  • ₺
  • £

AQEM çərçivəsində ilk Media Forum Bakıda keçirilir

AQEM çərçivəsində ilk Media Forum Bakıda keçirilir
01.10.2026 10:31

 

Azərbaycanın təşəbbüsü ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində ilk Media Forum Bakıda keçirilir.

Forum “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunub. Tədbirin iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

İlham Əliyev müraciətində AQEM Media Forumunun təşkilini informasiya və kommunikasiya sahəsində etimad quruculuğunun əhəmiyyətinin nümayiş etdirilməsi baxımından mühüm platforma kimi qiymətləndirib.

Prezident bildirib ki, media artıq yalnız informasiya mübadiləsi vasitəsi deyil, ictimai diplomatiya, qarşılıqlı anlaşma və regional əməkdaşlığın mühüm alətidir.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə ilk AQEM Media Forumunun Bakıda keçirilməsi və tədbirin AQEM Zirvə Görüşü ərəfəsinə təsadüf etməsi təşkilatın beynəlxalq müstəvidə roluna diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi dövründə media və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. O, müxtəlif media qurumları arasında tərəfdaşlıq əlaqələrinin və AQEM üzv ölkələrinin media nümayəndələrinin Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirakının praktiki əməkdaşlıq üçün imkan yaratdığını qeyd edib.

Prezident müasir informasiya məkanında dezinformasiya və süni intellekt texnologiyalarından sui-istifadə yolu ilə saxta materialların hazırlanmasının ictimai etimada təsir etdiyini vurğulayıb.

O, media subyektləri, dövlət qurumları, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edib.

İlham Əliyev forumun AQEM məkanında media əməkdaşlığının inkişafına, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

AQEM 28 üzv dövləti birləşdirən çoxtərəfli dialoq platformasıdır. Azərbaycan son iki il ərzində təşkilata sədrlik edib. Bakıdakı Media Forum AQEM çərçivəsində media sahəsinə həsr olunmuş ilk belə tədbirdir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol