• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır
01.10.2026 17:37

 

Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və tərəflər arasında siyasi dialoq və praktiki əməkdaşlıq son dövrdə intensivləşib.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti ilə görüşü barədə “X” hesabında paylaşımında bildirib.

Hacıyev oktyabrın 1-də Aİ Şurasının COEST nümayəndə heyətini qəbul etdiyini qeyd edib. Onun sözlərinə görə, nümayəndə heyətində Avropanın 20-dən çox ölkəsinin təmsilçiləri iştirak edib.

“Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və qarşılıqlı hörmət, bərabərlik və ümumi fayda prinsipləri əsasında inkişaf edir. Son dövrdə yüksək səviyyəli təmaslar vasitəsilə siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli dinamika qazanıb”, - Hacıyev bildirib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni və regional bağlantılılıqda, xüsusilə Orta Dəhliz çərçivəsində rolunu Aİ-Azərbaycan münasibətlərinin əsas istiqamətləri sırasında qeyd edib.

Hacıyev əməkdaşlığın təmiz enerji, rəqəmsal transformasiya, innovasiyalar və investisiyalar sahələrini də əhatə etdiyini bildirib.

Onun sözlərinə görə, bu il təhlükəsizlik sahəsində dialoq Siyasi və Təhlükəsizlik Dialoqu səviyyəsinə genişləndirilib. Tərəflər həmçinin yeni hərtərəfli ikitərəfli saziş və yenilənmiş Tərəfdaşlıq Prioritetləri üzərində işləyirlər.

“İnkişaf edən ikitərəfli gündəm ümumi maraqları praktiki nəticələrə çevirmək üçün imkan yaradır”, - Hacıyev qeyd edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol