• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
05.10.2026 18:41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüş zamanı ölkənin bu il təşkilata üzvlüyündən sonra Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də rəqəmsal transformasiya, innovasiya, süni intellekt və rəqəmsal iqtisadiyyat, startap ekosistem sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.

Bayramov Azərbaycanın rəqəmsal inkişafı, innovasiya və yeni texnologiyaların tətbiqini ölkənin iqtisadi inkişafının və beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi müəyyən etdiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və innovativ həllərin, habelə süni intellektin tətbiqi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Görüşdə Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi və enerji resurslarının etibarlı, şaxələndirilmiş marşrutlar üzrə nəqlinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın regional və beynəlxalq enerji əməkdaşlığında fəal rol oynadığı, enerji infrastrukturu və nəqli marşrutlarının inkişafının ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi vurğulanıb. Bu çərçivədə, qabaqcıl rəqəmsal texnologiyalardan da istifadə barədə geniş məlumat verilib.

Həmçinin Azərbaycanın regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə verdiyi töhfələr qeyd olunub. Bu istiqamətdə rəqəmsal texnologiyaların tətbiqinin, logistika proseslərinin optimallaşdırılmasının əhəmiyyəti vurğulanıb.

DCO Baş katibi Dima Əl-Yahya təşkilatın fəaliyyəti barədə geniş məlumat təqdim edib, Azərbaycanın rəqəmsal inkişaf sahəsində əldə etdiyi nailiyyətləri qeyd edib, Təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən beynəlxalq və regional gündəliyin aktual mövzuları barədə fikir mübadiləsi aparıblar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol