• $
  • €
  • ₽
  • ₺
  • £

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu yük gəmisi dron hücumuna məruz qalıb - XİN
06.10.2026 10:12

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində Azərbaycanın bir vətəndaşı həlak olub, daha biri itkin düşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Həlak olan şəxs gəminin kapitanı, 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğludur.

2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu isə itkin düşüb. Hazırda onun axtarışı aparılır.

Gəminin heyətində olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

XİN bildirib ki, hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparılır.

Xilas edilən vətəndaşlara zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, həlak olan şəxsin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür.

Nazirlik həlak olan şəxsin ailə və yaxınlarına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmçinin belə ərazilərdə və riskli marşrutlarda hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə işləməkdən çəkinməyə çağırıb.

Hadisə 5 oktyabr 2026-cı ildə Qara dənizdə, Rumıniyanın eksklüziv iqtisadi zonasında, Sfântu Gheorghe burnundan təxminən 30 dəniz mili (55 km) cənubda, Pescaruș dəniz neft platformasının yaxınlığında baş verib. Gəmi Rumıniyanın ərazi sularından kənarda olub.

“Royad Mammadov” gəmisi taxıl daşıyırdı və Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına doğru hərəkət edirdi. Gəmi Sent-Kits və Nevis bayrağı altında üzürdü.

Rumıniya rəsmiləri gəmidə yanğın baş verdiyini və 11 heyət üzvünün xilas edildiyini açıqlayıb. Hadisənin səbəbi ilə bağlı Rumıniya tərəfi ilkin olaraq rəsmi açıqlama verməyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə gəminin iki Rusiya dronu tərəfindən vurulduğunu bildirib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol