• $
  • €
  • ₽
  • ₺
  • £

Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb

Mustafayev Rusiyada Rusiya rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşüb
06.10.2026 10:33

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiyaya səfəri çərçivəsində Rusiya Baş nazirinin müavinləri Aleksey Overçuk və Aleksandr Novak, həmçinin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının rəhbərləri Emin Ağalarov və Aleksey Repiklə görüşüb. Bu barədə Nazirlər Kabinetindən bildirilib. 

Şahin Mustafayevin Aleksey Overçukla görüşündə Azərbaycan-Rusiya ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələlərini nəzərdən keçiriblər.

Görüşdə yüksək səviyyədə əldə olunmuş razılaşmaların, həmçinin Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın aprelin 16-da Zəngilanda keçirilmiş 24-cü iclasında qəbul edilən qərarların icra vəziyyəti də müzakirə olunub.

Nəqliyyat və logistika məsələləri də görüşün gündəliyində yer alıb. Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından daha geniş istifadə imkanlarını, həmçinin sərhəd-buraxılış məntəqələrində yük və nəqliyyat vasitələrinin keçid prosedurlarının təkmilləşdirilməsini müzakirə ediblər.

Şahin Mustafayev Aleksandr Novakla görüşündə də Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

 Baş nazirin müavini Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Emin Ağalarov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repiklə görüşüb. Görüşdə iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclası 16 aprel 2026-cı ildə Zəngilanda keçirilib. Həmin iclasda ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Gülnar Nazimqızı 

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol