• $
  • €
  • ₽
  • ₺
  • £

Humanitar hüququn tədrisi sülh zamanında da vacibdir - San Remo İnstitutu

Humanitar hüququn tədrisi sülh zamanında da vacibdir - San Remo İnstitutu
07.10.2026 11:17

Dövlətlər təkcə silahlı münaqişələr zamanı deyil, həm də dinc dövrdə beynəlxalq humanitar hüquq normalarının tədrisini təmin etməyə borcludurlar. Bunu Bakıda itkin düşmüş şəxslər mövzusunda keçirilən beynəlxalq konfransda Beynəlxalq Humanitar Hüquq İnstitutunun (San-Remo İnstitutu) baş katibi Can Luka Beruto bildirib.

O vurğulayıb ki, biliklərin yayılması və tədris həm sülh, həm də müharibə dövründə iştirakçı dövlətlərin birbaşa hüquqi öhdəliyidir. Müvafiq müddəalar 1949-cu ilin dörd Cenevrə Konvensiyasında təsbit olunub və 1977-ci il Əlavə Protokolları ilə daha da inkişaf etdirilib. Berutonun sözlərinə görə, itkin düşmüş şəxslər kontekstində bu cür hazırlıq aidiyyəti qurumların saxlanılan şəxslərin dəqiq uçotunu aparmağa, həlak olanlar barədə məlumatları qorumağa, ailələrlə əlaqələri təmin etməyə və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurmağa hazır olmasını təmin etməlidir.

Baş katib San-Remo İnstitutunun bu istiqamətdə fəaliyyətini gücləndirdiyini və maraqlı tərəfdaşlarla birgə təşəbbüslər hazırlamağa hazır olduğunu qeyd edib.

Aytac Zeynalova

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol