• $
  • €
  • ₽
  • ₺
  • £

“Transxəzər qaz boru xətti Xəzərdə fəlakətə səbəb ola bilər”

“Transxəzər qaz boru xətti Xəzərdə fəlakətə səbəb ola bilər”
22.11.2013 17:33
“Xəzərdə qüvvələr nisbətinin pozulması bölgədə təhlükəsizliyin səviyyəsini azaldacaq”.APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib. ABŞ-ın Xəzər regionunda maraqlarının olması barədə bəyanatlarına münasibət bildirən İ. Bratçikov qeyd edib ki, bölgədə hazırda müəyyən tarazlıq yaranıb: “Bu tarazlığın məqsədyönlü şəkildə laxladılması sabitliyin pozulmasına, münaqişə potensialının artmasına, təhlükəsizliyin səviyyəsinin azalmasına gətirib çıxaracaq, bunda isə əminəm ki, Xəzəryanı ölkələrdən heç biri maraqlı deyil”.  Xəzərin hüquq statusuna dair Konvensiya layihəsi üzərində işin gedişini qiymətləndirən İ. Bratçikov 17 ildir hazırlanan bu sənədin gələn il Həştərxanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısında qəbul olunacağına şübhə ilə yanaşdığını söyləyib. Lakin o, sammitdə dənizin hansı prinsiplər əsasında idarə olunacağının müəyyənləşə biləcəyini vurğulayıb. Diplomat bildirib ki, Həştərxanda prezidentlər Xəzər akvatoriyasının delimitasiyası haqda qəti razılığa gələ bilər.      Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi olan İ. Bratçikov Tranzxəzər qaz boru xətti və onun Xəzərə mümkün təsirindən də danışıb. O bəyan edib ki, bu layihənin həyata keçirilməsi bütün regionun ekologiyasına təsir göstərəcək qəzalara səbəb ola bilər: “Var gücləri ilə Bakı ilə Türkmənbaşını qaz borusu ilə bir-birinə bağlamağa çalışan avropalı həmkarlarımızın bu saymazyana davranışına – hansı ki, bu da Xəzərdaxili məsələlərə müdaxilə deməkdir - bircə saniyə də olsa göz yumsaq belə, ekoloji faktorları diqqətə almamaq ağılsızlıq və ölümcül xəta olardı”.   İ. Bratçikovun sözlərinə görə, Tranzxəzər boru kəmərinin çəkiləcəyi potensial ərazidə mürəkkəb seysmoloji vəziyyət barədə təkcə rusiyalı yox, beynəlxalq ekspertlər də yazıb: “İstənilən qəzanın nəticələri Xəzərin çox həssas ekosistemi üçün fəlakət olardı”.   Diplomat deyib ki, fəlakət baş verərsə, onun nəticələrini qaz kəmərinin çəkilməsinə fəal lobbiçilik edən avropalılar yox, sahilyanı dövlətlər aradan qaldırmalı olacaq. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol