• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib

Əliyev: Xəzərin dayazlaşması ilə bağlı təşəbbüsümüzün aktuallığı təsdiqlənib
09.10.2026 13:57

 

 Prezident İlham Əliyev Xəzər dənizinin dayazlaşmasının səbəblərinin araşdırılması və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısının alınması üçün 2022-ci ildə xüsusi ekspert qruplarının yaradılmasını təklif etdiyini açıqlayıb.  Dövlət başçısı bunu Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı deyib.

“2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər sammitində dənizin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini aşkar etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədilə xüsusi ekspert qruplarının yaradılmasını təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi”, - Prezident qeyd edib.

 2022-ci il iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı dövlətlərin altıncı sammitində İlham Əliyev Xəzər dənizinin dayazlaşmasının uzun illərdir müşahidə olunduğunu və prosesin dinamikasının narahatlıq doğurduğunu bildirmişdi. O, hadisənin səbəblərini müəyyənləşdirmək və dənizin daha da dayazlaşmasının qarşısını almaq üçün xüsusi ekspert qruplarının yaradılmasını təklif etmişdi.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol